Telekanallara rəhbərlik edənlər kimlərdir? - Maraqlı DOSYELƏR
15 May 2025, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86Qədr gecəsində bunlar edilməlidir — Dualar +Tərcüməsi
AKTUAL
1733
18.03.2025, 10:31
Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib.
Buna ərəb dilində “ehya” deyirlər (xalq arasında Qədr gecələrini “ehya gecələri” adlandırırlar).
Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir.
Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir.
Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar.
Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.
Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı.
23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.
Həmçinin oxuyun
Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər:
1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır).
2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq).
3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə “Fatihə” surəsindən sonra 7 dəfə “İxlas” surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək (“Əstəğfirüllahə və ətubü ileyh”) tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.
4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: “Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar”. Tərcüməsi: “İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər.
5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar: “Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”. Tərcüməsi: “İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz”. Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: “Bikə ya Allah”, “bi-Mühəmməd”, “bi-Əliyy”, “bi-Fatimə”, “bil-Həsən”, “bil-Hüseyn”, “bi-Əliyy ibnil-Hüseyn”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Cəfər ibni Mühəmməd”, “bi-Musəbni Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Əliyy ibni Mühəmməd”, “bil-Həsən ibni Əliyy” və “bil-Hüccə”. Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin.
6. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:”Allahümməl-ən qətələtə əmiril-möminin” (“İlahi, möminlərin əmirini öldürənə lənət et”). Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur. Bundan başqa, Qədir gecələrinin müstəhəb əməlləri rəngarəngdir. Daha artıq savab qazanmaq və bu gecənin haqqını vermək istəyən adam öz imkanı dairəsində aşağıdakı əməlləri də yerinə yetirə bilər. Məsələn, Quran oxumaq müstəhəbdir. Xüsusilə, 23-cü gecədə “Ənkəbut” və “Düxan” surələrini tilavət etmək, “Qədr” surəsini min dəfə (və ya bacardığı qədər) təkrarlamaq savab sayılır. Bu gecələrdə “Cövşəni-kəbir” duasını oxumağın da savabı var. Qədr gecələrində çoxlu istiğfar etmək, yəni “Əstəğfirüllahə rəbbi və ətubü ileyh” (“Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm”) demək də müstəhəbdir. Ramazan ayının gecələrində üst-üstə min rükət namaz qılmaq müstəhəbdir; 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət namaz qılınır. Əhli-sünnə məzhəbli müsəlmanlar ramazanın bütün gecələrində olduğu kimi, bu gecələrdə də təravih namazı qılırlar. Qədr gecələrində sədəqə vermək, etikafa girmək (ən azı 3 gün məsciddə ibadətlə məşğul olmaq) də savab sayılır. Qədr gecələrində oxunması tövsiyə edilən başqa irihəcmli dualar da mövcuddur ki, müvafiq kitablarda (məsələn, Məfatihül-cinan” kitabında) bunlar qeyd edilib.
16:55 / 21 May 2025
Estoniya Rusiyanın hücumuna hazırlaşır
1
16:54 / 21 May 2025
Rusiya Xarici İşlər Nazirliyi: Makron və Starmer ABŞ-dan anti-Rusiya kursunu gücləndirməyi tələb edirlər
1
16:51 / 21 May 2025
Rekord miqdarda məhv edilən meşələr
4
16:46 / 21 May 2025
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
10
16:19 / 21 May 2025
SON DƏQİQƏ! Şahin Quliyev həbs edilib
338
16:19 / 21 May 2025
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
13
16:13 / 21 May 2025
Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın zamanlarda..
35
16:10 / 21 May 2025
XİN: İrandakı edam prosesini səfirliyimizin iki əməkdaşı və vəkil müşahidə edib
25
15:46 / 21 May 2025
Hindistan rekord miqdarda Rusiya nefti alır
55
15:42 / 21 May 2025
Tayvan yaxınlığında təlimlər: Çin amfibiya enişini həyata keçirir
61
15:25 / 21 May 2025
Ukrayna xüsusi təyinatlıları Rusiya bölgəsinə soxulub
31
15:17 / 21 May 2025
İlham Əliyev növbəti dəfə baba oldu – Ərdoğan belə təbrik etdi - VİDEO
777
14:50 / 21 May 2025
İsrail müttəfiqlərinin dəstəyini itirir
49
14:35 / 21 May 2025
“Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı” - Nuranənin atası - Video
456
14:07 / 21 May 2025
Faciəli şəkildə dünyasını dəyişən Ceyhunun FOTOSU
200
13:42 / 21 May 2025
Yanukoviçin keçmiş müşaviri İspaniyada güllələnib
47
13:38 / 21 May 2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
256
13:29 / 21 May 2025
Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir
54
13:25 / 21 May 2025
Prezident Budapeştdə tədbirdə iştirak edir
57
13:10 / 21 May 2025
Alman nazirdən Tramp-Putin danışıqlarına reaksiya
54
13:06 / 21 May 2025
Bakıda şok hadisə: Qadın kişiyə görün nə etdi - VİDEO
467
12:59 / 21 May 2025
Bu şirkətlər müflis ola bilər
47
12:55 / 21 May 2025
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalardan danışıb
47
12:42 / 21 May 2025
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
994
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.